İnstitut direktoru vəzifədən azad olunub

img

01-04-2026 [11:50]


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayət qızı gətirilib.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, Mətanət Əfəndiyeva 22 yanvar, 2024-cü ildə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA