"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev

img

01-04-2026 [17:34]


"Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyimi irəli sürməyəcəm".

Mia.az-ın məluumatına görə, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev AYB üzvü, yazıçı Etimad Başkeçidin onun ömürlük sədr qalması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

"Mənim ömürlük sədr olmaq fikrim yoxdur", - deyə Anar Rzayev əlavə edib.

Qeyd edək ki, Etimad Başkeçid sosial şəbəkə hesabında Anar Rzayevin ömürlük AYB sədri qalması təklifiini əsaslandıran böyük bir status yazıb. O bildirib ki, "bizdə əvəzolunmaz adamlar yoxdur" tezisi həm fəlsəfi, həm də yaradıcılıq baxımından kökündən yanlışdır: "Xüsusən də söhbət Anar kimi bir fiqurdan gedirsə, bu yanlışlıq daha qabarıq görünür".

O, fikrinə belə yekun vurub: "Əziz dоstlar, yaş, filan sadəcə rəqəmdir. Anar AYB-nin sədrliyindən istеfa vеrsə, nə cəmiyyət, nə ədəbiyyat, nə də ölkə hеç nə qazanmayacaq. Tam əksinə, çох şеy itirəcək. Şəхsən mən оnun lap bеlə ömrünün aхırınacan sədr qalmasını istəyirəm. Ümid edirəm ki, belə də olacaq!"

Anar Rzayev 1987-ci ildən AYB-yə rəhbərlik edir. O, AYB-nin 2022-ci ildə keçirilən qurultayında sədrliyə sonuncu dəfə namizədliyini verdiyini bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA