Eldar Əzizov Ramana qəsəbəsində - FOTO

img

01-04-2026 [18:43]


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ramana qəsəbəsində olub.

Mia.az xəbər verir ki, o, bir neçə gün yağan intensiv yağışlar nəticəsində subasmadan zərər çəkmiş ərazilərə birbaşa baxış keçirib və orada yaşayan sakinlərlə görüşüb, həmçinin aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Görüş zamanı Eldar Əzizov sakinlərin problemlərini də dinləyib.

Sakinlər öz növbəsində görüşün təşkilinə görə minnətdarlıq ediblər. Eyni zamanda, onlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətindən narazılıqlarını açıq şəkildə bildiriblər. Sakinlər Agentlik tərəfindən bu problemlərə yetərli diqqət yetirilmədiyini və bərpa işlərinin zəif aparıldığını qeyd ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA