İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub

img

02-04-2026 [00:36]


1997-2005-ci illərdə İranın Xarici işlər naziri, hazırda isə İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri olan Kamal Xərrazi ABŞ və İsrailin hücumlarında ağır yaralanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı adıçəkilən qurumdan təsdiqləyiblər.

İran mediası yazır ki, Kamal Xərrazi Tehrandakı iqamətgahına endirilən zərbədə ciddi xəsarətlər alıb: “O, ağır yaralı halda xəstəxanaya aparılıb…”.

Məlumatda deyilir ki, sabiq nazirin həyat yoldaşı isə haddisə yerində həlak olub.

Onu da qeyd edək ki, Xərrazi İranın əvvəlki lideri Əli Xameneinin baş müşaviri vəzifəsində də çalışıb.

Samir MUSAYEV
MİA.AZ    


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA