Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO

img

02-04-2026 [12:12]


Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunun paytaxt istiqamətindəki hissəsində böyük tıxac yaranıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, tıxac hazırda da davam edir və bir neçə kilometr məsafədə uzanır.

Paytaxtın mərkəzi istiqamətində nəqliyyat axınının çox olması, bəzi avtomobillərdə yaranan texniki nasazılıqlar, eləcə də baş verən kiçik qəzaların tıxacı daha da artırdığı bildirilir.

***

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, tıxaca yol təmiri səbəb olub.

Belə ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Bu səbəbdən prospektdən “Koroğlu” metrostansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də  Bakı-Sumqayıt şosesi  “20 Yanvar” metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Yolun Xırdalan şəhəri istiqamətindən keçən hissəsindən hazırkı vəziyyətə dair görüntüləri təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA