BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı

img

02-04-2026 [10:07]


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədə yaşayan İran vətəndaşlarının ölkədən çıxarılacağı və ya onların ölkəyə buraxılmayacağı barədə“Emirates Airlines” hava yolu şirkətinin veb saytında yerləşdirilmiş xəbərdarlığı təkzib edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin xüsusi açıqlama yayıb.

Bildirilib ki, ölkədə 200-dən çox millətin yaşayır və bu, BƏƏ-nin birgəyaşayış və tolerantlıq dəyərlərinin kök salmasına ardıcıl yanaşmasının əyani göstəricisidir: “Ölkədə yaşayan İran icması hörmətlə qarşılanır və qiymətləndirilir. Onlar ölkənin sosial strukturunun bir hissəsini təşkil edir. Mətbuatdakı yayılan bəzi iddialarla bağlı demək istəyirik ki, ölkədə yaşayan hər kəsin təhlükəsizliyi və rifahı institusional yanaşmanın müəyyən edilmiş hüquqi çərçivələrə və prosedurlara əsaslanır. Odur ki, BƏƏ-nin İran vətəndaşlarının ölkəyə girişini və tranzit keçməsini qadağan olunması və ya  artıq ölkədə olanların deportasiya edilə biləcəyi haqda xəbərlər əsassızdır”.

Xatırladaq ki, dünən Birləşmiş Ərəb Əmirlikləri İran vətəndaşlarının ölkəyə girişinə və hətta tranzitinə qadağa qoyması barədə Emirates Airlines şirkətinin veb saytında xəbərdarlıq yerləşdirilmişdi.

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA