Poroşenko Putinlə 19 saatlıq tarixi görüşündən danışdı: "O, çox soyuq və qəddar biridir..."

img

12-02-2020 [21:15]


“2015-ci ildə “Normand dördlüyü” liderlərinin görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinlə apardığım danışıqlar həyatımın ən dəhşətli gecəsi idi”.

Bu barədə Ukraynanın sabiq Prezidenti Petro Poroşenko “Ukrainskaya pravda” qəzetində yayımlanmış məqaləsində bildirib.

Onun sözlərinə görə, Minsk sammitində gələcək razılaşmaları müzakirə etmək üçün Rusiya Prezidenti ilə 19 saatlıq yorucu marafondan keçməli olub.

Sabiq Prezident Rusiya liderini soyuq və qəddar danışıq aparan biri kimi xarakterizə edib.

“Bu, mənim həyatımda ən dəhşətli gecələrdən biri idi”, - deyə P. Poroşenko vurğulayıb./APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA