Anar Məmmədov: ?Ayı kababı bizirtdirməyim barədə yazılanlar qeyri-ciddidir?

img

20-08-2010 [11:02]


Barəsində müstəqil və müxalifət mətbuatının az qala hər gün yazdığı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ?ZQAN? Holdinqin sahibi Anar Məmmədov ?Bizim Yol? qəzetinin suallarını cavablandırıb. A.Məmmədovun dediklərini yazmazdan əvvəl xatırladaq ki, nazir oğlu barəsində müxtəlif məlumatlar yayılıb. Bir müddət öncə ?Azadlıq? qəzeti Anar Məmmədovun Qəbələ rayonunda nazirlərdən birinə məxsus restoranda ayını kəsdirərək kabab çəkdirdiyi yazmışdı. Xəbərdə bildirilirdi ki, buna görə iş adamı 1 milyon manat ödəməli olub. Digər mətbuat orqanları da bu xəbərlə bağlı bir neçə informasiya dərc edib. A.Məmmədov barəsində yayılan başqa bir xəbərdə isə onun əmisi, deputat Elton Məmmədovun dairəsindən deputatlığa iddia etməsidir. Məlumata görə, nazir oğlu bunda israr edir, E.Məmmədov isə qəzetimizə açıqlamasında bunu normal qarşılayacağını açıqlamışdı. ?ZQAN? Holdinqin prezidenti həm də Qarabağ əlilləri ilə yaranan problemə görə mətbuatın diqqətindədir. Bakıda yeraltı keçidin təmirdən sonra Nəqliyyat Nazirliyi tərəfindən ?ZQAN? Holdinqə icarəyə verildiyi bildirən əlillər onlara məxsus mağazaların əllərindən alındığını bildirirlər. Onlar bir neçə dəfə holdinqin qarşısında aksiya keçirib, dövlət rəhbərliyinə müraciətlər ünvanlayıblar. Anar Məmmədova suallarımız əsasən bu mövzuları əhatə edirdi. Amma təəssüf ki, holdinq rəhbəri qısa cavablar verdi. Anar Məmmədov barəsində mətbuatın yazdıqlarına o qədər də əhəmiyyət vermədiyini söylədi: ?Əvvəla, Azərbaycan demokratik dövlət olduğundan ölkəmizdə müstəqil media fəaliyyət göstərir. Bu gün jurnalistlər mətbuat azadlığı şəraitində çalışırlar. Ölkədə hər bir şəxs, hər bir iş adamı barəsində yazılar dərc olunur. Hamı kimi mənim də barəmdə yazırlar. Mən də buna o qədər də əhəmiyyət vermirəm?. Bununla belə mətbuatın yaradılmış şəraitdən sui-istifadə etməkdə qınayan A.Məmmədov araşdırılmamış məlumatların mediaya çıxarılmasının doğru olmadığını deyib: ?Gərək, bir şəxslə bağlı yazanda bunu araşdırsınlar. Faktlara söykənməyən yazılar cəmiyyətdə də qeyri-ciddi qarşılanır və həmin mətbu orqana uğur gətirmir?. Anar Məmmədovun Qəbələdə ayı kəsdirib kabab eləməsi barədə xəbərləri də qeyri-ciddi adlandırıb: ?Bunlar yalan söhbətlərdir. Mətbuat istədiyini yazır. Mən belə yazılara əhəmiyyət vermirəm?. Anar Məmmədova digər suallarımızı ünvanlamaq istəsək də o, bu cür məsələlərlə bağlı danışmaq istəmədiyini deyərək telefonu qapatdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA