Xanım jurnalistlər Milli qəhrəmanın ailəsinə baz çəkib

img

30-07-2010 [12:16]


Bir qrup xanım jurnalist ?Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun ailəsinə baş çəkib, ona başsağlığı veriblər. Lider televiziyasının əməkdaşı Mətanət Ağamirlinin təşəbbüsü ilə baş tutan səfər zamanı jurnalistlərlə yanaşı, millət vəkili Qənirə Paşayeva da iştirak edib. Millət vəkili şəhidin Azərbaycan gəncliyi üçün örnək olduğunu vurğuladı və bildirdi ki, onun yazdığı son məktubunun məktəblərdə şagirdlərə tanış edilməsi vacibdir. ?Mən artıq Mübariz İbrahimovun məktubunun bir nüsxəsini Tovuz rayonuna rəhbərliyə göndərmişəm. Bu məktub məktəblərdə xüsusi guşələrdə yer almalı, şagirdlər ondan nümunə götürməlidir?. Şəhidin anası Şamama İbrahimova oğlunun uşaqlıqdan idmana böyük həvəs göstərdiyini bildirdi. Oğul itkisi ana üçün nə qədər çətin olsa da, o, Mübariz İbrahimovun Vətənə xidməti ilə qürur duyduğunu söylədi: ?Sonuncu dəfə oğlumla danışanda bərk bərk tapşırdı ki, bol-bol dualar edək, sədəqələr paylayaq, qardaşları evlənsinlər. Mən daha ağlamayacam. Hamıya Mübariz kimi oğul arzu edirəm?. Səfərdə ?Lider? kanalının işçisi, teleaparıcı Mətanət Ağamirli, ?Səs? qəzetinin əməkdaşı Rəfiqə Kamalqızı, ?Xalq qəzeti?nin əməkdaşı Əfsanə Ələsgərli, ?1news? informasiya agentliyinin müxbiri Leyla Leysan, İlhamə Novruzova, telejurnalist Vəsilə Vahidqızı və və digər jurnalistlər iştirak edib. Jurnalistlərin səfəri zamanı Biləsuvar rayon icra başçısı Adil Məmmədov da ailəyə baş çəkib. Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonun Əliabad kəndində anadan olub. 2005 ci ildə şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbi bitirib. Bu il 19 iyununda düşmənlə təmas xəttində ermənilərin bir neçə zabit və əsgərini məhv edərək qəhrəmancasına şəhid olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA