?Jurnalistlər və insan Hüquqlarının izıqlandırılması? mövzusunda seminar keçirilib

img

16-07-2010 [02:10]


Bu gün Jurnalist Araşdırmalar Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi ?İnsan Hüquq və Azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım? adlı layihə çərçivəsində ?Jurnalistlər və İnsan Hüquqlarının işıqlandırılması? mövzusunda seminar keçirib. Seminarı giriş sözü ilə açan layihənin koordinatoru Seymur Verdizadə deyib ki, analoji seminarlar may ayında Cəlilabad, iyul ayında isə Tərtər şəhərində keçirilib. İnsan Hüququ və Azadlıqları anlayışının geniş məfhum olduğunu deyən Seymur Verdizadə vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın üzərinə düşən vəzifələrdən danışıb. KİVDF-nun müşadirə şurasının üzvü, jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) SƏDRİ Müşfiq Ələsgərli İnsan Hüquq və Azadlıqları müdafiəsində mətbuatın rolunun artırılmasının vacibliyini qeyd edib. Tədbirdə həmçinin Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Rey Kərimoğlu, Demokratik Jurnalistlər Liqasını İdarə heyətinin üzvü Məzahir Aşurov, JuHİ idarə heyətinin üzvü Araz Zeynalov, Mərkəz qəzetinin müxbiri İntiqam Valehoğlu və başqaları çıxış edərək İnsan Hüquqları sahəsində ortaya çıxan problemlərin ictimailəşdirilməsində mətbuatın üzərinə düşən vəzifələrdən danışıblar. Rəhilə MANAFOVA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA