Dünyada 6 ay ərzində 59 jurnalist öldürülüb

img

06-07-2010 [12:02]


Cenevrənin ?Presse Emblemi Campagne? (PEC) adlı sivil toplum quruluşu, il başından bəri dünyada 59 jurnalistin vəzifə başında həyatını itirdiyi barədə məlumat yayıb. Münaqişə bölgələrindəki jurnalistlərin daha yaxşı müdafiəsi üçün səy göstərən Cenevrə mərkəzi PEC ?in açıqlamasında bildirilib ki, media nümayəndələri üçün ən təhlükəli ölkələrin başında, 9 jurnalistin öldürüldüyü Meksika gəlir. Açıqlamada, bu ölkəni 8 jurnalist cinayəti ilə Hondurasın izlədiyi, Pakistanda 6, Nigeriya və Filippində 4 jurnalistin həyatını itirdiyi qeyd olunub. PEC-in ümumi katibi Blez Lempen hökumətlər və beynəlxalq ictimaiyyətin bu cür cinayətlərin qarşısını almaq və cinayətkarların cəzalandırılması üçün daha qərarlı davranmalarını istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA