Sahil Babayev yeni idarələr yaratdı - SİYAHI + Təyinat (YENİLƏNİB)

img

22-05-2025 [13:18]


Maliyyə Nazirliyinin yerli bölmələrinin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etmək məqsədilə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilİib.

Mia.az Maliyə Nazirliyinə istinadla xəbər verir ki, ləğv olunan idarələrin bazasında ölkənin iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq regional maliyyə idarələri yaradılıb, onların strukturu təsdiq olunub.

Yeni struktura əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

***

Yeni maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

Məlumata görə, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində çalxalanma yaşanır.

 Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur(bizimmedia)


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 22.05.2025

Xəzərdə zəlzələ olub