"Barselona" klubu baş məşqçi ilə yeni müqavilə imzalayıb

img

21-05-2025 [22:37]


"Barselona" klubu baş məşqşi Hansi Fliklə bağlı yeni qərarını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kataloniya komandası təcrübəli mütəxəssislə müqaviləni yeniləyib.

Anlaşmaya əsasən, müqavilə müddəti dahaa bir il uzadılıb: "Mövsümün əvvəlində Xavinin yerinə təyin olunan Hansi Flikin 2026-cı ilin iyununda başa çatacaq müqaviləsi 2027-ci ilə qədər uzadılıb"

Xatırladaq ki, "Barselona" bu mövsüm Hansi Flikin rəhbərliyi altında 59 rəsmi oyundan 43 qələbə, 7 heç-heçə və 9 məğlubiyyət əldə edib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA