"Qalatasaray" 30 milyona satdığı oyunçunu geri gətirir - Danışıqlar başlayıb

img

05-02-2026 [14:00]


"Qalatasaray" klubunun rəhbərliyi Almaniyanın "Bavariya" kubu ilə danışıqlar aparır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu almanlardan iki il əvvəl satdıqları Saça Boeyi geri istəyirlər.

Məlumata görə, "Sarı-qırmızılar" fransız oyunçunu icarəyə götürməyə çalışırlar.

Xatırladaq ki, alman klubu iki il əvvəl onu 30 milyon avroya "Qalatasaray"dan transfer edib. Saça Boey zədələr səbəbindən orada sabit oyununu davam etdirə bilmir.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA