Göygölda 40 yaşlı şəxsi kim öldürüb?

img

04-02-2026 [19:55]


Göygölün Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan meyit tapılıb.

Mia.az xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gedərək müvafiq tədbirlər həyata keçiriblər.

Meyitin 1986-cı il təvəllüdlü Saqib Quliyevə məxsus olduğu müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Dərədən meyiti tapılan Saqib Quliyevin qətlə yetirildiyi ehtimal olunur. Adıçəkilən şəxsin bədənində bıçaq yarası olub və bu onun öldürüldüyü versiyasını gücləndirib/Qafqazinfo.

Məlumat üçün bildirək ki, 40 yaşlı S. Məmmədov Molla Cəlilli kəndindəndir. O, kənddə ikinci əl tikinti materiallarının satışı və dəmir yığımı ilə məşğul olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA