GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik

img

04-02-2026 [11:45]


Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, müvafiq əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Baş İdarə rəisi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, A.Babayev DSX Akademiyasının rəisi, Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi vəzifələrində çalışıb. İki ay əvvəl “İgidliyə görə”, daha əvvəl isə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl DSX-də yüksək vəzifələrə təyinatlar olub. General-mayor Azad Abdullayev DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA