Taliska "Fənərbaxça" klubu ilə razılaşdı - Maaşı yarıdan çox azaldılacaq

img

04-02-2026 [17:39]


"Fənərbaxça"dakı performansı ilə diqqət çəkən brazilyalı Anderson Talisca  ilə müqavlə yenilənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi braziliyalı futbolçudan maaşının azaldılamasına razılıq verməyi istəyib.

Məlumata görə, Anderson Talisca bu istəyə müsbət cavab verib: "Braziliyalı futbolçu rəhbərliyə İstanbulda xoşbəxt olduğunu bildirib və maaşını yarıdan çox azalmasına etiraz etməyib".

Xatırladaq ki, braziliyalı oyunçu bu mövsüm "Fənərbaxça"da 32 oyunda 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA