İtaliya XİN: "İsrailin diplomatlara atəş açması qəbulolunmazdır"

img

21-05-2025 [22:08]


İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani İsrail ordusunun Cenin Qaçqınlar Düşərgəsi yaxınlığında diplomatlardan ibarət heyətə atəş açmasına qəzəbli reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu gün baş verən hadisəni qınayıb.

Nazir bildirib ki, İtaliyanın Qüdsdəki konsulunun müavini Alessandro Tutino ilə indicə danışıb: "O, Cenin Qaçqınlar Düşərgəsi yaxınlığında hücuma məruz qalan diplomatlardandır. Vəziyyəti yaxşıdır. Biz İsrail hökumətindən baş verənlərə dərhal aydınlıq gətirməsini tələb edirik. Diplomatlara qarşı təhdidlər qəbuledilməzdir". 

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR