SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib

img

11-03-2026 [17:45]


"Bölgədəki ABŞ bazalarını 2 tonluq döyüş başlığı daşıyan Xorrəmşəhr, İmad və Qədr raketləri ilə yenidən zərbələr endirdik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat verib.

Bəyanatda  deyilir ki, "Sadiq Vəd-4" adı verilən əməliyyat çərçivəsində  Amerika ordusunun bazaları Qədr, Xorrəmşəhr və İmad sistemləri ilə məhv edilib.

SEBAH əməliyyatın konkret hədəflərini açıqlamayıb. 

Bu arada isə İrandan atılan raketlər səbəbindən Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki hava hücumundan müdafiə sistemlərinin işə salınması açıqlanıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA