İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."

img

11-03-2026 [14:02]


"Ölkədəki hava bazalarına hücumlar davam edərsə, biz buna sonadək seyrçi qala bilmərik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İraq Müdafiə Nazirliyi İranın Ərbil və digər bölgələrdəki ABŞ bazalarına hücuma münasibətdə bəyan edib.

Müdafiə Nazirliyindən bildirilib ki, ötən gecə ölkədəki Şəhid Əla hava bazası və Şəhid Əli Fıleyih hava bazasına raket və PUA hücumları İraqın suverenliyinə təhdiddir: "Orada heç bir xarici qüvvə yoxdur. İraq Hərbi Hava Qüvvələrinin zabitləri və personalı, eləcə də İraq hərbi təyyarə donanması bu bazalarda yerləşir. Əgər burada hücumlar təkrarlanarsa, İraq buna cavab vermək hüququndan istifadə edəcək".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA