İcra başçısı 31 nəfəri vəzifədən azad edib

img

11-03-2026 [11:12]


Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə bağlı 31 vəzifə ləğv edilib.

Məlumata görə, icra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

Məlumata görə, vəzifəsini itirənlərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Göyçay Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Məlumata görə, vəzifəsi ləğv edilənlərdən 4 nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilsə də, hazırda 27 şəxs işsizdir/oxu.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA