NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"

img

11-03-2026 [12:17]


"ABŞ və İsrailin hücumlarına cavab olaraq İran bölgədəki ABŞ-ın 17 hərbi bazasına ciddi zərər verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.

NYT-nin dərc etdiyi məqalədə bildirilib ki, İran bəzi ABŞ hərbi bazalarını ən azı 3 dəfə ardıcıl vurub: "İranın hücumları ABŞ administrasiya bəzi rəsmilərinin gözlədiyindən daha ağır və geniş olub. Bu da İranın münaqişəyə hazırlıq səviyyəsinin gözləniləndən daha yüksək ola biləcəyini göstərir. İran Yaxın Şərqdəki ABŞ və müttəfiqlərinin hərbi hədəflərinə minlərlə raket və pilotsuz uçuş aparatı yönəldib. Rəsmi hesabatda ən azı 17 ABŞ hərbi bazasının zərər gördüyü təsdiqlənib. Lakin bəzi rəsmilər zərərin daha çox olduğunu və zamanla elan ediləcəyini deyir".

Yazıda Qətərdəki uzun mənzilli AN/FPS-132 radar sisteminin zədələnməsi də iddia edilib: "Təxminən 1,1 milyard dollara inşa edilən bu radar sistemi 3000 mil məsafəni erkən xəbərdarlıqla əhatə edir".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA