Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"

img

12-03-2026 [00:16]


"Biz İrana qarşı qısamüddətli hərbi müdaxilə prosesini gözlədiyimizdən çox rahat keçiririk".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərin İranla bağlı suallarını cavablandırarkən deyib.

O, ABŞ-a görə bu prosesin müharibə olmadığını deyib: "Bu, bizim üçün qısamüddətli hərbi müdaxilədir. Ancaq İran üçün bu, müharibədir. Bizim üçün düşündüyümüzdən daha asan oldu. İndiyə qədər 28 İranın mina yerləşdirən gəmisinə zərbə endirdik. Biz bu gəmilərin hamısını məhv edəcəyik. Amerika ordusu İrandakı hədəflərə çox qısa zamanda böyük ölçüdə nail oldu. İrandan isə gözlədiyimdən daha az zərər gördük. Qarşılığında İranın ordusunu, donanmasını, raket və radar sistemlərini əsasən məhv etdik. Orada demək olar ki, hər şeyi məhv etdik, liderlərini iki dəfə məhv etdik və indi yeni bir qrup ortaya çıxır. Baxacağıq vəziyyətə...".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA