NATO Baş katibi: "Putin bizə hücum edərsə, cavabımız dağıdıcı olacaq" 

img

22-05-2025 [00:08]


"Yaxın gələcəkdə güclü təsirə sahib olmaq üçün mütlıq müdafiə xərclərini artırmalıyıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte deyib.

O bildirib ki, müdafiə xərclərini 2 faiz səviyyəsində saxlasaq, özümüzü müdafiə indi edə bilərik: "Müdafiə xərclərimizi 2 faiz səviyyəsində saxlasaq, indi özümüzü müdafiə edə bilərik. Əgər Rusiya prezidenti Vladimir Putin bizə hücum edərsə, cavabımız dağıdıcı olacaq. Mənim narahatlığım 3-5 il sonrayadır. Müdafiəyə daha çox pul xərcləyəcəyik. Əgər müdafiəyə daha çox pul xərcləməsək, həqiqətən də başımız dərdə girər"..
 
Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR