Moskva səması qapadıldı - Hava limanlarında uçuşlar dayandırılıb

img

21-05-2025 [20:27]


Rusiyanın paytaxtı Moskvaya bu gün ard-arda dron hücumları olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu səbəbdən Moskvanın səması bütün uçuşlara qapadılıb.

Rusiya Federal Aviasiya Agentliyindən bildirilib ki, PUA hücumları səbəbindən Domodedovo və Jukovskiy hava limanlarında da uçuşlar dayandırılıb.

Rusiya Müdafiə Nazirliyindən isə deyib ki, gün ərzində Ukraynaya məxsus 39 PUA vurulub.

Rusiya mətbuatı yazır ki, PUA hücumları səbəbiylə Lipetsk və Tula bölgələrində isə mobil internet də kəsilib.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR