DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? - VİDEO
22-05-2025 [13:36]
Azərbaycanda bəzən yüksək vəzifələrə, hamı üçün əlçatan olmayan məmur bürokratiyası mexanizmləri vasitəsilə yüksələn şəxslərə rast gəlinir. Lakin elə məmurlar da var ki, hakimiyyət sistemində o qədər məharətlə fəaliyyət göstərirlər ki, onların irəliləyişləri ictimai diqqətdən kənarda qalır. Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyev məhz belə simalardandır. Onun ilkin dünyagörüşü doğulduğu Naxçıvanın məşhur Nehrəm kəndində formalaşıb. Bu kənddən çıxanların bir qismi ölkənin siyasi sferasında, biznes sektorunda əhəmiyyətli yerlər tutub. Buna görə də Mehdiyevin yüksəlişi təkcə şəxsi karyera kimi yox, həm də regional faktorlarla əlaqləndirilir…
53 yaşlı S.Mehdiyev Türkiyənin Egey Universitetində iqtisadi əlaqələr, sonra Bakı Dövlət Universitetində hüquq təhsili alıb, daha sonra İqtisad Universitetində magistr dərəcəsi əldə edib. 2000-ci illərin əvvəllərindən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayıb. 2004-cü ildə sədr müavini, 2006-cı ildə aparat rəhbəri, 2014-cü ildə yenidən sədr müavini və nəhayət, 2018-ci ildə komitəyə rəhbər təyin edilib.
Bu yüksəlişin əsas dayağı DGK-nın keçmiş şefi, general Aydın Əliyev hesab edilir. Amma sonradan məlum oldu ki, Səfər Mehdiyev Komitədə öz avtoritetini qurmaqla kifayətlənməyib, qurum daxilində şəxsi komandasınını da yaratmağa nail olub...

İslahat görüntüsü arxasındakı reallıq
2018-ci ildə Prezident tərəfindən DGK sədri təyin olunandan sonra Mehdiyev ilk açıqlamasında belə demişdi: “Gömrük sistemində şəffaflıq təmin olunacaq, rüşvətə yer olmayacaq”.
Amma bu vədlər sonrakı illərdə sosial şəbəkələrdə və mediada satirik formada tez-tez xatırlanacaqdı. Çünki reallıq tam fərqli idi – gömrük sistemində rüşvət mexanizmləri daha da sistemləşdirilmişdi. Sahibkarlar gömrük keçid məntəqələrində sonsuz “gizli tariflər” və qeyri-rəsmi ödənişlərlə üzləşirdilər. Dövlət Gömrük Komitəsinin gəlirlərinin artmasına baxmayaraq, bu artım idxal edilən real mal həcmi ilə uzlaşmırdı. Yəni, dövlət büdcəsindən milyonlarla manat vəsait yayındırılırdı...
Mehdiyev isə medianı aktiv şəkildə yönləndirir, islahatçı imicini yaratmağa və qorumağa çalışırdı. Çıxışlarında rəqəmlərlə manipulyasiyalar edir, gömrükdə “dönüş yaratdıqlarını” iddia edirdi. Halbuki sahibkarlar üçün gömrük keçid məntəqələri daha çox rüşvət qapısı, yük daşıyıcıları üçünsə “əlavə xərclərin mənbəyi” idi.
DGK-da Mehdiyevin təyin etdiyi kadrların əksəriyyəti özünün doğulduğu regiondan, hətta həmin kənddən idi və onlara mühüm vəzifələr etibar olunurdu. Bu təyinatların “qapalı bir sistem” qurmaq məqsədi daşıdığı iddia edilirdi. Bu baxımdam sadiqlik və sədaqətin peşəkarlıqdan önəmli olduöu bildirilirdi.
Səfər Mehdiyevin dövründə gömrük sistemində davam edən problemlər təkcə sosial şəbəkələrdə deyil, hüquq-mühafizə orqanlarının əməliyyatlarında da öz əksini tapdı. Sahibkarların şikayətləri bəzi gömrük prosedurlarının daha da mürəkkəbləşməsi, əlavə gizli haqların tələb olunması, vəsaitlərin yayındırılması və rüşvət sisteminin genişlənməsi barədə idi.
İqtisadi tədqiqatlar göstərir ki, o dövrdə gömrük rüsumlarından dövlət büdcəsinə daxil olan gəlirlər artmasına baxmayaraq, bu artım ölkəyə idxal edilən malların həcmilə uyğun gəlmirdi. Bu isə Mehdiyevin xələfi Aydın Əliyevin dövründə genişlənən problemləri həll edə bilmədiyini göstərirdi.
Dövlət Təhlükəsizlik Xidmətinin 2022-ci ildə həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar da bunu təsdiqlədi. İrimiqyaslı həbslər DGK daxilindəki şəbəkənin Mehdiyevin dövründə də böyük korrupsiyaya əməliyatları həyata keçirdiyini, rüşvət və qaçaqmalçılığa şərait yaratdığını aşkara çıxardı. Bu əməliyyatlar ictimaiyyətdə həm böyük rezonans doğurdu, həm də struktur dəyişikliklərinin labüdlüyünü göstərdi. Bu kontekstdə Səfər Mehdiyevin islahatçı imici də tamamilə illüziya şəklini aldı.
Səfər Mehdiyev dövründə yaxınlarının biznes fəaliyyəti
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə rəhbər təyin olunması ilə eyni dövrdə onun yaxınlarının biznes fəaliyyəti də diqqət çəkməyə başladı. Bu bizneslərin əsasən gömrük sistemi ilə bağlı sektorlarla - idxal-ixrac, logistika, ticarət və “DutyFree” (gömrükdən azad zonalar) sahələrində fəaliyyət göstərməsi ciddi şübhələrə səbəb oldu.
Məlumdur ki, ölkəmizdə gömrük sistemi ilə bağlı şirkətlərə xüsusi imtiyazlar verilir. Belə ki, idxal-ixrac sahəsində işləyən şirkətlər gömrük rüsumları və prosedurlarının yumşaldılması, malların keçidinin sürətləndirilməsi, bəzi hallarda isə gömrük nəzarətindən qismən azad olunma hüququ qazana bilir. Bu cür imtiyazlar isə yalnız çox sıx əlaqələri olan şəxslərə və ya yüksək səviyyəli rəsmilərə yaxın adamlara verilir.
Səfər Mehdiyevin yaxınları məhz bu seqmentdə fəaliyyət göstərən “DutyFree.az”, “Vadi-4” kimi şirkətlər vasitəsilə böyük biznes şəbəkəsi qurmuşdular. Bu şirkətlər, təkcə gömrükdən azad ticarət zonalarında deyil, həmçinin idxal və logistika sahəsində də fəaliyyət göstərirdi. Məhz bu şirkətlər vasitəsilə rəsmi və qeyri-rəsmi şəkildə gömrük qanunlarının “yumşaldılması”, gömrük prosedurlarının manipulyasiyası həyata keçirilirdi.
Məlumatlara görə, “DutyFree.az” şirkəti gömrükdən azad zonalarda fəaliyyət göstərməklə yanaşı, gömrükdə malların saxlanılması və satışı sahəsində inhisarçı səlahiyyət əldə etmişdi. Bu isə sahibkarların həmin mallara çıxışını və rəqabət mühitini ciddi şəkildə məhdudlaşdırırdı. “Vadi-4” isə əsasən idxal-ixrac və logistika xidmətləri ilə məşğul olur, sahibkarlardan rəsmi sənədlərdə göstərilən qiymətlərdən kənar əlavə haqlar tələb edilirdi. Bu haqların böyük hissəsi isə məmurların cibinə gedirdi.
Bu isə həm də onu göstərir ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə yaxın çevrəsinə biznes şəbəkəsini gücləndirmək imkanı verib. Bu biznesin əsl sahibinin isə elə onun özü olduğu iddia edilir...
Gömrük Komitəsinin sədrliyindən getdikdən sonra da onun həmin dövrdə əldə etdiyi imkanlar hesabına yaratdığı biznesin başına keçdiyi bildirilir. Belə ki, Mehdiyevin hazırda inşaat, kənd təsərrüfatı, otelçilik və qida və logistika sektorunda geniş biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. Bu məqsədlə yaxınlarının adına çoxsaylı şirkərtlər yaratdığı bildirilir. məsələn, “APF Group” MMC bunlardan biri kimi gpstərilir. Şirkətə Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbərlik etsə də sahibinin Səfər Mehdiyev olduğ qeyd edilir. Şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlaması da Mehdiyevin əlaqələri ilə izah olunur. Necə deyərlər, məmur kimi “qazandığını” biznesmen kimi xərcləməyə başlayıb.
Nəhayət, şəxsi keyfiyyətlərinə gəlincə, S.Mehdiyevin Yol Patrul Xidməti əməkdaşı ilə dialoqunu əks etdirən məşhur videogörüntülər onun da “islahatçı məmur” imicindən nə qədər uzaq olduğunu, daha çox “harınlamış məmur” təbəqəsinə yaxın olduğunu göstərdi. Özünün bahalı, lyuks avtomobilindən düşərək, onu saxlayan polis əməkdaşını aşağılayan, özünü ”general Mehdiyev” kimi təqdim edən, sonra da maşınına oturub yoluna davam edən gömrük rəisi bir daha Azərbaycanda məmur mədəniyyətinin səviyyəsini göstərmiş, yekəxana məmurların qanuna, hüquqa saymaz münasibətinin, həmçinin, ölkəmizdə “qanun hamı üçün eynidir” tezisinin nə qədər deqradasiyaya uğradığını və gülünc forma aldığını isbatlamışdı...
Bir sözlə, Səfər Mehdiyevin rəhbərliyi dövründə də gömrük sistemindəki korrupsiya və rüşvətlə bağlı problemlərin həll olunmaması ölkə iqtisadiyyatına ciddi zərər vurdu. Bu, sahibkarların, xarici investorların ölkəyə investisiya qoymaqdan çəkindirən ən mühüm faktorlardan biri oldu.
Bu situasiyanın dəyişməsi üçün həm qanunvericilik səviyyəsində islahatlar, həm də rəhbərlikdə ciddi dəyişikliklər zəruri idi. Səfər Mehdiyevdən sonra da davam edən bu “sistemin” dəyişməsi, gömrükdə hamı üçün bərabər imkanların yaradılması və “yad sahibkarlara” qarşı düşmən münasibətin aradan qaldırılması öz aktuallığını qoruyur...
Rasim Əliyev
“AzPolitika.info”
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi