Pakistan və Əfqanıstan arasında müharibə... - Üçüncü ölkə qırıcılarını göndərir?

img

27-02-2026 [18:56]


Xəbər verdiyimiz kimi, iki gündür Əfqanıstanla pakistan arasında müharibə başlayıb. İlkin məlumata görə, hər iki tərəf bir-birlərinə ağır zərbələr endirir, xeyli ölən və yaralananlar var. Hazırda aktiv döyüş davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Pakistan və Əfqanıstan arasında müharibə davam etdikcə, Səudiyyə Ərəbistanının 2025-ci ilin sentyabr ayında imzalanmış strateji müdafiə müqaviləsi çərçivəsində istənilən vaxt münaqişəyə cəlb oluna biləcəyi ilə ehtimalı artıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı və Pakistan 2025-ci ilin sentyabr ayında imzaladıqları Strateji Qarşılıqlı Müdafiə Sazişi ilə bir-birinin təhlükəsizliyinə  əsasən, Pakistana yardım məqsədiylə F-16 və F-22-ləri İslamamadın sərəncamına göndərməyə hazırlaşır.

Analitiklər bildirirlər ki, əgər bu baş verərsə, bölgədə müharibənin seyri ciddi şəkildə dəyişəcək.

Hələik bu iddialı xəbər rəsmən aydınlıq gətirilməyib. 

Xatırladaq ki, ötən gecə boyu iki lkəni ayıran "Durand Xətti" boyunca gərgin döyüşlər başlayıb.

Pakistanın İnformasiya naziri Attaullah Tarar bildirib ki, əməliyyat zamanı 133 əfqan hərbçisi öldürülüb,  200-dən çox yaralı var. Əfqanıstan hökuməti cavab əməliyyatlarında 55 Pakistan əsgərinin öldürüldüyünü iddia edir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA