MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"

img

27-02-2026 [22:43]


"ABŞ və İsrailin ötənilin iyul ayındakı 12 günlük zərbələrindən bəri İranın bütün nüvə fəaliyyətlərini və ya bu obyektlərdəki uran ehtiyatının həcmini öyrənə bilmədik. Çünki ABŞ və İsrailin hücumlarından sonra dağıdılan həmin obyektlrə giriş mümkün olmadı"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) açıqlamasında bildirilib.

Qeyd olunub ki, İranın nüvə obyektləri və uran ehtiyatı ilə bağlı əllərində olan hesabat üzv dövlətlərə verilib: "Onu da bildirək ki, ABŞ və İsrailin hücumlarından bəri İran da MAQATE-nin nüvə obyektlərinə yaxınlaşmağa icazə verməyib. O səbəbdən biz uran zənginləşdirmə fəaliyyətlərini dayandırıb-dayandırılmadığından məlumatlı deyilk".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA