Jurnalist Natiq Pənahlı vəzifəyə təyin olunub

img

22-05-2025 [12:40]


Jurnalist Natiq Pənahlı Dövlət Məşğulluq Agentliyində vəzifəyə təyin olunub.

Mia.az xəbər verir ki, o, Agentliyin Kommunikasiya departamentində müdir müavini olaraq fəaliyyət göstərəcək.

“Dövlətin məşğulluq siyasətinin icrasının uğurlu kommunikasiyasının aparılması istiqamətində görülən işlərə dəstək verəcəyəm”, – deyə o, yeni vəzifəsi barədə bildirib.

Natiq Pənahlı daha əvvəllər “Zaman-Azərbaycan” qəzetində müxbir, Xəzər TV-də Xəbərlər Departamentinin baş redaktoru, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi, COP29 Azerbaijan-da kontent koordinatoru vəzifələrində çalışıb(modern).


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA