Ərdoğan erkən seçki tələbini rədd etdi: "Mümkün deyil"

img

22-05-2025 [15:17]


Türkiyə prezidenti Ərdoğan müxalifətin növbədənkənar seçki tələbini rədd edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, Macarıstandan dönərkən suala cavabda deyib.

Təyyarədə jurnalistlərin suallarını cavablandıran prezident Ərdoğan bildirib ki, erkən seçki müzakirələrinə birdəfəlik son vermək lazımdır: "Buna ölkədə nə təlabat var, nə istək. Xalq parlamentə öz millət vəkillərini 5 illik göndərib. İndi CHP sədri tez-tez durub deyir ki, yenidən vaxtından əvvəl seçkiyə gedək. Biz Türkiyəni belə çıxılmaz vəziyyətə salmayacağıq və sala da bilmərik"

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 22.05.2025

Xəzərdə zəlzələ olub