Ermənistanın ABŞ-də səfiri vəzifəsinə iki şəxsin namizədliyi nəzərdən keçirilir

img

02-05-2025 [11:23]


Ermənistan Lilit Makuntsun səlahiyyət müddətinin başa çatmasına bir neçə ay qaldığı üçün ABŞ-də səfir vəzifəsinə iki namizədi nəzərdən keçirir.

Bu barədə erməni KİV-ləri hakim "Vətəndaş müqaviləsi" partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, deputat Arsen Torosyanın və əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın namizədlikləri müzakirə olunur.

Qeyd edilib ki, A.Torosyan son vaxtlar tez-tez baş nazir Nikol Paşinyanı xarici səfərlərində müşayiət edir.

Hakim qüvvənin xarici əlaqələrinə cavabdeh olan N.Mkrtçyana gəlincə, o, son illərdə ABŞ-yə dəfələrlə səfər edib, müxtəlif forumlarda iştirak edib, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edib./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir

12:51 02.05.2025

Sabah yağış yağacaq