İran limanında dəhşətli partlayış: ölənlərin sayı artıb - "Yanğın tamamilə söndürülüb"

img

28-04-2025 [22:11]


Aprelin 26-da İranın Fars körfəzi sahilindəki Bəndər Abbas limanında baş verən partlayışda ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Telekanala açıqlama verən Hörmüzqan vilayətinin rəhbəri  Məhəmməd Aşuri limanında ölənlərin sayının 65-ə yüksəldiyini adeyib: "Yanğın tamamilə söndürülüb. İnd əsas vəzifəmiz partlayış yerində həyatını itirənlərin cəsədlərinə aşkarlamaq və onları dəfn etməkdir..."

Xatırladaq ki, aprelin 26-da günorta Bəndər Abbas limanında şiddətli partlayış baş verib. Nəticədə  ölənlərlə yanaşı, 1000-dən çox insan yaralanıb.

Firidin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA