Dövlət Neft Fondunun 2022-ci il büdcəsində dəyişiklik olunub - Fərman

img

22-07-2022 [15:28]


Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, Fondun builki gəlirləri ilə bağlı proqnoz 5 199,4 milyon manat və yaxud 9,4% artırılaraq 10 589,7 milyon manatdan 15 789,1 milyon manata çatdırılıb, builki xərcləri ilə bağlı proqnoz isə 1 192,6 milyon manat və yaxud 9,3% azaldılaraq 12 789,7 milyon manatdan 11 597,1 milyon manata endirilib.

Son nəticədə ARDNF-in büdcəsinin qalığı 4 192 milyon manat təşkil edəcək ki, bu da onun aktivlərinin təxminən 2,5 milyard ABŞ dolları artmasına şərait yaradacaq (qüvvədə olan proqnoz 2,2 milyard manat kəsir olub).

Bundan başqa, ARDNF-dən büdcəyə builki transfertlər 1 192,5 milyon manat və yaxud 9,4% azaldılaraq 12 710 milyon manatdan 11 517,5 milyon manata endirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA