Mərkəzi Banka sayca 7-ci baş direktor təyin olunub - Gülər Paşayeva kimdir? (FOTO)

img

22-07-2022 [11:27]


Azərbaycan Mərkəzi Bankında sayca 7-ci baş direktor vəzifəsinə təyinat olub.

Mia.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

Məumata görə, o, əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlamış, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb, bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub.

Xatırladaq ki, Mərkəzi Bankda bu təyinata qədər 6 baş direktor fəaliyyət göstərirdi.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA