Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib (Yenilənib)

img

21-07-2022 [13:08]


Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiq edib.

Mia.az xəbər verir ki, bu paketə Rusiya qızılına embarqonun tətbiqi, “Sberbank”ın aktivlərinin dondurulması və yeni ixrac məhdudiyyətləri daxildir.

Bundan başqa, 55 rusiyalı fiziki və hüquqi şəxs qara siyahıya daxil edilib. Bundan əlvaə, Moskva şəhərinin meri Sergey Sobyaninin adı da "qara siyahı"ya daxil olunub.

***

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları bu gündən qüvvəyə minib.

Mia.az xəbər verir ki, bu barədə Avropa İttifaqına sədrlik edən Çexiya nümayəndə heyəti tviter-də paylaşım edib.

Xatırladaq ki, yeni sanksiyalar Rusiyadan qızıla qoyulan qadağaya təsir edəcək.

Siyahıya, həmçinin Rusiyanın 55 vətəndaşı, o cümlədən baş nazirin müavini və bir neçə vilayət rəhbəri daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA