Avropa İttifaqı Rusiya və Belarusa əlavə sanksiya tətbiq edib, banklar SWIFT-dən ayırılır - SİYAHI (Yenilənib)

img

02-03-2022 [14:00]


Avropa İttifaqı (Aİ) diplomatları Rusiyanın Ukraynaya təcavüzündəki roluna görə Belarusa qarşı yeni sanksiyaları təsdiqləyib.

Bu barədə “Reuters” yüksəkçinli diplomata istinadən məlumat verib.

Digər məmurun sözlərinə görə, sanksiyaların məqsədi Belarusun bütün növ mallarının Aİ-yə ixracını dayandırmaqdır. O əlavə edib ki, sanksiyalar həmçinin oliqarxlar və mərkəzi bankı vuracaq, Belarus banklarını SWIFT bank sistemindən kənarlaşdıracaq/Report.

***

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyanın SWIFT qlobal ödəniş sistemindən ayrılacaq yeddi bankının siyahısını təsdiqləyiblər.

“Bloomberg” xəbər verir ki, onların arasında VTB, VEB kimi banklar da var: "Avropa İttifaqının daimi nümayəndələri Rusiyanın yeddi bankını SWIFT maliyyə sistemindən ayırmağı razılaşdırıblar".

Agentliyin məlumatına görə, Aİ həmçinin “Sovkombank”, “Rossiya” və “Otkritie”, “Novikombank”ı da SWIFT-dən ayırmağa hazırlaşır.


Digər xəbərlər
SON XƏBƏRLƏR