Zakir Həsənov generalları topladı, tapşırıqlar verdi - MN-də Kollegiya iclası
GÜNDƏM
14.02.2026, 14:19
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik, birləşmə komandirlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda cari ildə görülmüş işlərin nəticələri təhlil edilib və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 2025-ci ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb, Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb. Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə yüksəlməsində və regionun qlobal güc mərkəzinə çevrilməsində Azərbaycanın müdafiə potensialının mühüm rol oynadığını xüsusi qeyd edib.
General-polkovnik Z.Həsənov 8 Noyabr - Zəfər Günündə Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin digər strukturları ilə birgə keçirdiyi Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda nümayiş etdirilən nümunəvi nizam-intizamın və hərbi qüdrətin, eləcə də texniki təminatın Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə bildirib.
Müdafiə naziri bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsinin təşkili, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi, qoşunların əməliyyat imkanlarının və döyüş qabiliyyətinin artırılması, eləcə də müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına daxil edilməsi istiqamətində tədbirlər ardıcıl və uğurla həyata keçirilir.
Kollegiya iclasının sədri Z.Həsənov 2025-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətində qanunazidd hərəkətlərin qarşısının alınmasında və korrupsiya ilə mübarizədə, eləcə də əks-kəşfiyyatın təşkilində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının, Dövlət Təhlükəsizlik Xidmətinin və Hərbi Prokurorluğun rəhbərliklərinin dəstəyini xüsusi qeyd edərək, bu istiqamətdə görülən birgə tədbirlərin cari ildə də davam etdiriləcəyini kollegiya iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Azərbaycan Ordusunda 2025-ci il ərzində həyata keçirilmiş xidməti-döyüş fəaliyyəti ətraflı şəkildə təhlil olunub. Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan islahatlar qətiyyətlə davam etdirilib.
Kollegiya iclasında çıxış edənlər ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak etdiklərini bildiriblər. Müxtəlif növ hərbi təlimlərin və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi nəticəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldiyi vurğulanıb.
Qeyd olunub ki, 2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib. Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.
Azad olunmuş ərazilərdə həyata keçirilən mühəndis-istehkam tədbirləri, yeni yolların çəkilməsi, eləcə də hərbi infrastrukturların yaradılması istiqamətində görülən işlər kollegiya üzvlərinin diqqətinə çatdırılıb. Məruzə olunub ki, 2025-ci il ərzində Mühəndis-istehkam bölmələri və digər dövlət qurumları ilə birgə 79 km-dək yeni yol inşa edilib, 67 km-dək yol qardan təmizlənib, 571 km-dən artıq yol isə bərpa edilib.
Şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, praktiki məşğələlərin səmərəliliyinin artırılması və nizam-intizamın daha da gücləndirilməsi məsələlərinə xüsusi önəm verildiyi qeyd olunub.
Bildirilib ki, Azərbaycan Ordusunda qoşunların müəyyən edilmiş normalara uyğun olaraq vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması təmin olunub. Hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla fasiləsiz təchiz edildiyi vurğulanıb.
Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq və odun ehtiyatlarının normalara uyğun yaradılması, hərbi qulluqçuların isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat sahəsində qarşıya qoyulan məqsədlərə ötən il ərzində nail olunduğu diqqətə çatdırılıb.
Daha sonra hərbi təhsil sistemində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib. Hərbi akademik təhsil sisteminin müasirləşdirilməsi məqsədilə hərbi qulluqçular üçün bir sıra yeni kursların təsis edildiyi, hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin olunması məqsədilə yeni ixtisasların açıldığı bildirilib.
İclasda Azərbaycan Ordusunun nümayəndələrinin ölkə xaricində və daxilində bir sıra akademik və strateji kurslarda iştirak etməsinin peşəkar kadr hazırlığına müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Şəxsi heyətin komplektləşdirilməsi sahəsində də ötən il ərzində bir sıra yeniliklərin tətbiq edildiyi, eləcə də ştatların optimallaşdırılması məqsədilə Azərbaycan Ordusunda müvafiq struktur dəyişikliklərinin aparıldığı qeyd olunub.
Kollegiya iclası zamanı vəzifəli şəxslərin 2025-ci ilin yekunları və gələcək planlarla bağlı fikir və təklifləri dinlənilib.
Yekun çıxışında general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti və ötən il ərzində əldə etdiyi nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın, eləcə də birgə təlimlərin regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Nazir 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərdən bəhs edərək şəxsi heyətin peşəkarlığının artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinə, təlim və səhra məşğələlərinin intensivliyinin artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.
Ayıq-sayıqlığın təmin olunması məqsədilə döyüş növbətçiliyi və qoşun xidmətinin təşkilinə daha məsuliyyətli yanaşmaq ilə bağlı müvafiq tapşırıqlar verilib.
Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının, qış mövsümündə havaların soyuması ilə əlaqədar mövsümi respirator virus infeksiyalarından qorunma tədbirlərinin gücləndirilməsinin zəruriliyi xüsusi qeyd edilib.
Müdafiə naziri qış aylarında Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarətin həyata keçirilməsini, hərbi hissələrdə yaradılan bütün növ ehtiyatların daima nəzarətdə saxlanılmasını, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını, eləcə də psixoloji və tibbi təminat məsələlərinin diqqət mərkəzində olmasını aidiyyəti vəzifəli şəxslərə tapşırıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.
Kollegiya iclasının sonunda müdafiə naziri 14 fevral Hərbi Hava Qüvvələri günü münasibətilə şəxsi heyəti təbrik edib. Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqımızın etimadını layiqincə doğruldacağına əminliyini ifadə edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ Senatından Trampa dəstək – Layihə yenə rədd edildi
Bugün, 00:18 DÜNYA
-
Türkiyədə məktəbi qana bulayan şagirdin videosu yayıldı: anormal hərəkətlər… - VİDEO
Bugün, 00:08 DÜNYA
-
“ÇİN ÇİNDİR, BİR GÜN ONLAR, SABAH BİZ...” – Tramp Pekinə səfərə hazırlaşdığını və "orada məni qucaqlayacaqlar” dedi
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
ABŞ-da azərbaycanlı həbs olunub
15.04.2026, 23:52 CƏMİYYƏT
-
"Akinak" tarixi bədii filminin premyerası keçirilib
15.04.2026, 21:59 MƏDƏNİYYƏT
-
Ərdoğan Kanadanın Baş naziri ilə telefonda müzakirə aparıb
15.04.2026, 21:49 DÜNYA
-
Yasamalda yanğın olub - VİDEO (Yenilənib)
15.04.2026, 19:53 CƏMİYYƏT
-
Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi: "Hadisə bizi dərindən kədərləndirdi"
15.04.2026, 19:39 GÜNDƏM
-
Qazaxıstan Ədalət Akademiyasının rektoru Azərbaycan Ali Məhkəməsində olub
15.04.2026, 19:21 CƏMİYYƏT
-
Türkiyədə daha bir liseyə silahlı hücum olunub - 8 şagird, 1 müəllim ölüb, 16 yaralı var (Yenilənib)
15.04.2026, 18:56 KRİMİNAL
-
Gecə klubunda tutulan keçmiş hakim: “Görüntülərim seksual xarakterli deyil” - FOTO
15.04.2026, 18:09 ŞOU-BİZNES
-
771 minlik qalmaqal - İradə Aşumova ilə tələbəsi Baş İdarənin sabiq rəisinin məhkəməsinə məcburi gətirildi
15.04.2026, 18:04 KRİMİNAL
-
Azərbaycan və Rumıniya XİN başçıları arasında telefon danışığı olub
15.04.2026, 17:47 SİYASƏT
-
Onların maaşı artdı - Baş nazirdən qərar
15.04.2026, 17:40 İQTİSADİYYAT
-
Emin Ağalarova 55,08 hektar su fondu torpaq sahəsi ayrıldı - Əli Əsədov qərar verdi
15.04.2026, 17:32 CƏMİYYƏT
-
Tahir Budaqovla bağlı daha bir qərar verildi
15.04.2026, 17:27 GÜNDƏM
-
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi - FOTOLAR
15.04.2026, 17:17 CƏMİYYƏT
-
Pakistan rəsmiləri Tehrana gedir – İran XİN açıqladı
15.04.2026, 17:05 DÜNYA
-
Həbsdə olan keçmiş partiya sədri yeni vəkillə müqavilə imzaladı
15.04.2026, 17:02 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
15.04.2026, 17:00 İQTİSADİYYAT
-
Dövlət Agentliyinə yeni rəis təyin edilib
15.04.2026, 16:59 GÜNDƏM
-
Regional Təhsil İdarələrində müavin təyinatları oldu
15.04.2026, 16:54 CƏMİYYƏT
-
Gömrükdə iki rəis təyinatı oldu - Mətbuat katibi sualdan niyə yayınır ki?
15.04.2026, 16:41 GÜNDƏM
-
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə dəyişdi - Prezident təsdiqlədi
15.04.2026, 16:30 GÜNDƏM
-
Paşinyan Azərbaycandan alınan neftdən danışdı: "Niyə 8 il?"
15.04.2026, 16:13 SİYASƏT
-
RUSİYA GERİ ÇƏKİLDİ - Azərbaycana kompensasiya ödəniləcək
15.04.2026, 16:02 GÜNDƏM
-
DİM yeni imtahanlar barədə açıqlama yaydı
15.04.2026, 15:42 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
15.04.2026, 15:28 GÜNDƏM
-
Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
15.04.2026, 15:18 SİYASƏT
-
"Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağıdır"
15.04.2026, 15:12 SİYASƏT
-
İran gəmiləri Hörmüz boğazından keçib
15.04.2026, 15:01 GÜNDƏM
-
Mərkəzi Bank bu şirkətləri cərimələdi
15.04.2026, 14:45 İQTİSADİYYAT
-
"Müddəti bitmiş məhsul vitrində saxlanılıb - "Tamstore"dan şikayət + AÇIQLAMA
15.04.2026, 14:35 İQTİSADİYYAT