“Reuters”: “ABŞ-ın enerji şirkətləri Rusiyadan uran idxalına sanksiya qoyulmasına qarşıdır”

img

02-03-2022 [11:07]


ABŞ-ın bir sıra enerji şirkəti, o cümlədən “Duke Energy Corp”, “Exelon Corp”, həmçinin ABŞ Atom Enerjisi İnstitutu (Nuclear Energy Institute, NEI) Ağ evi Rusiyadan uran idxalına qarşı sanksiyalar tətbiq etməməyə inandırmağa çalışır.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, NEI uran idxalının Rusiyanın enerji sektoruna qarşı yönəlmiş sanksiyalar paketinə düşməməsi üzərində çalışır. Buna səbəb ABŞ-ın atom enerjisinin Rusiyadan idxal edilən ucuz urandan asılı olması göstərilir.

Hazırda AES-lərin işləməsi üçün tələb olunan uranın, təxminən, yarısını ABŞ Rusiya, Qazaxıstan və Özbəkistandan alır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA