Putin hökuməti toplayır, yeni müşavirə keçiriləcək: "İqtisadi reallıq əsaslı şəkildə dəyişib"

img

28-02-2022 [14:29]


Rusiya Prezidenti Vladimir Putin bu gün ölkəsinin iqtisadi blokunun təmsilçiləri ilə birgə müşavirə keçirəcək.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, müşavirədə hökumət, Mərkəzi Bank və Prezident Administrasiyası nümayəndələri ölkə iqtisadiyyatdakı vəziyyət müzakirə olunacaq.

Nu barədə Dmitri Peskov bildirib ki, Putin bu gün iqtisadi məsələlərlə məşğul olacaq:

"İqtisadi reallıq əsaslı şəkildə dəyişib. Ona görə də bu gün dövlət başçısı Baş nazir Mixail Mişustin, Baş nazirin birinci müavini Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Mərkəzi Bankın başçısı Elvira Nabiullina, Əmanət Bankının başçısı German Qref və ola bilsin Prezident Administariyasının başqa nümayəndələri iqtisadi vəziyyəti müzakirə etmək üçün Kremlə dəvət olunub"


Digər xəbərlər
SON XƏBƏRLƏR