Rəsmi Ankara: "Rusiya etibarlı qaz təchizatçısıdır, biz bunun davam edəcəyinə ümid edirik"

img

09-03-2022 [11:37]


Türkiyə Rusiyadan qaz tədarükünün davam edəcəyinə ümid edir.

Bunu RİA "Novosti"yə Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, Rusiya 30 ildən artıqdır Türkiyənin etibarlı qaz təchizatçısıdır və ölkənin qaza olan tələbatının 45%-ni Rusiya təmin etdiyi üçün Türkiyə tədarük məsələsini kifayət qədər vacib hesab edir.

"Dediyim kimi, Rusiya təxminən üç onillikdir ki, etibarlı qaz təchizatçısıdır və biz bunun davam edəcəyinə ümid edirik", - A. Bayraktar qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA