Şirvanda şəhid Röyal Məmmədovun xatirəsinə inşa edilən bulaq və guşənin açılışı oldu - FOTOLAR

img

21-08-2021 [18:05]


Şirvanda Vətən müharibəsi şəhidi Məmmədov Röyal Misil oğlunun xatirəsinə inşa edilən bulağın və guşənin açılış mərasimi olub.

Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın və İcra Hakimiyyətinin məsul işçilərinin iştirakı ilə şəhid ailələri və ictimaiyyət nümayəndələri öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə tər qərənfillər qoyularaq əziz xatirələri yad olunub.

Sonra tədbir iştirakçıları Vətən müharibəsi şəhidi Məmmədov Röyal Misil oğlunun xatirəsinə inşa edilmiş bulağın və guşənin açılış mərasiminə qatıldılar. Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək şəhidin keçdiyi həyat yolundan və xidmətlərindən danışdı. Şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin valideyninə Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbr diləyib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-Prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dövlət səviyyəsində şəhidlərə verdiyi yüksək qiymətdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğıdan bəhs etdi. Bu diqqət və qayğının yerlərdə də davam etdirildiyini bildirdi. Şəhid ailələrini, müharibə iştirakçılarını və sakinləri Azərbaycan Respublikasının Prezidenti ətrafında daha sıx birləşməyə çağırdı. Şəhidin atası Misil Məmmədova, yaxınlarına baş sağlığı verib, səbr dilədi.

Mərasimdə şəhidin hərbi xidmət yoldaşları, ona orta məktəbdə və peşə liseyində dərs deyən müəllimlər, ictimaiyyət nümayəndələri çıxış edərək şəhid Məmmədov Röyal Misil oğlu barədə xatirələrini bölüşdülər. Şəhidə Allahdan rəhmət, ailə üzvlərinə səbr dilədilər. Tədbirdə məktəblilər şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisya ilə çıxış etdilər.

Sonda şəhidin atası Misil Məmmədov xatirə bulağının və guşəsinin açılışını etdi. Onlara göstərilən diqqət və qayğıya, dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü və minnətdarlığını bildirdi.

img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA