Qafqaz Müsəlmanları İdarəsində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib - FOTOLAR
19-08-2021 [18:10]
Avqustun 19-da Qafqaz Müsəlmanları İdarəsində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib.
Mia.az QMİ-yə istinadla xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarə əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak edib.
Aşura günü münasibəti ilə Qafqaz müsəlmanları adından Azərbaycan müsəlmanlarına və dünya müsəlmanlarına başsağlığı verən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına səbr, dəyanət arzulayıb, qazilərimizə şəfa diləyib.
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, İslam aləmində təziyə günü olan Aşuranı ölkəmiz müstəqillik əldə etdikdən bəri biz ilk dəfədir ki, qalib xalq kimi qeyd edirik: "Öz milli-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan xalqı Allahın izni, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun yaxın silahdaşı Mehriban xanım Əliyevanın qətiyyəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımızı erməni işğalından azad etdi. 44 günlük Vətən savaşında tarixi qələbəmiz sayəsində əzəli ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, Şuşa və Ağdam məscidlərinin minarələrindən səslənən azan sədaları Ana Vətən yolunda şəhadətə yetənlərin mənəvi qələbəsini simvolizə edir".
Aşura günündə tibbi ehtiyacı olanlara qan vermək təşəbbüsünün cəmiyyətdə müsbət qarşılandığını xatırladan Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda yaşayan digər konfessiyaların təmsilçiləri də bu xeyirxah aksiyada yaxından iştirak edirlər:
"Bu amilin özü də ölkəmizdə din-dövlət münasibətlərin yüksək səviyyədə, dünyaya örnək şəkildə qurulduğunun bariz nümunəsidir. Şeyxülislam həzrətlərinin sözlərinə görə, bu gün uğurla davam etdirilən bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Xalqımızın dini və milli-mənəvi dəyərlərinə bağlı olan Ulu Öndərin Təzə Pir məscidində keçirilən Aşura mərasimində iştirakını xatırladan QMİ sədri bildirib ki, həmin gün Heydər Əliyevin səsləndirdiyi tövsiyələr, xalqımızı birliyə çağıran fikirlər bu gün onun sadiq davamçısı İlham Əliyev cənabları tərəfindən həyata keçirilir".
Məhərrəmlik mərasimlərinin dünyada tüğyan edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyini vurğulayan Şeyxülislam həzrətləri dindarları Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyə, xalqımızı pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasında daha fəal iştirak etməyə çağırıb.
QMİ sədri xalqımızın rifahı, dövlətimizin daha da qüdrətlənməsi üçün dualar edib, Allahdan dövlət rəhbərimizin Azərbaycanın gələcəyi naminə fəaliyyətinə rəvac verməsini diləyib.
Mərasimdə Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin təmsilçisi Konstantin Pimonov, Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski iştirak ediblər.
Qeyd edək ki, Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin Səhiyyə Nazirliyi ilə birgə keçirdiyi qanvermə aksiyası gün ərzində Bakıda və rayonlarda təşkil olunan məntəqələrdə davam edib. Toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb