DİN-dən “Sədərək”, "Binə" və "8-ci km bazarı"nda yoxlama iddiasına - Reaksiya

img

18-08-2021 [15:39]


Bakıda bazarlara gedən vətəndaşlardan COVİD-19 pasportu tələb olunmasına dair iddialar yayılıb.

Yayılan iddialara görə, “Sədərək” Ticarət Mərkəzi və "8-ci km bazarı" kimi tanınan bazarda polis əməkdaşları bazara daxil olan şəxslərin vaksinasiya olunub-olunmadığını yoxlayıblar.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Report"a açıqlamsında iddianın həqiqətə uyğun olmadığını bildirib:

“Əhalinin sıx olduğu bazarlarda vətəndaşlardan COVİD-19 pasportu tələb olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlar sözügedən yerlərdə sosial məsafəyə əməl edərək və tibbi maskalardan istifadə etmək şərti ilə hərəkət edə bilərlər. Bu normanın qorunması ilə bağlı xidmətə cəlb olunan polis naryadları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA