İcra başçısı Səttar Mehbalıyevin xalası oğluna yeni vəzifə verdi

img

10-06-2021 [13:52]


Sabunçu rayon icra hakimiyyətinin başçısı  Adil Vəliyev rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

Məlumata görə, A.Vəliyevin əmri ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Vüqar Həsən oğlu vəzifəsindən azad olunaraq, Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsi təyin olunub.

Onun yerinə isə adıçəkilən vəzifəyə Səlimov Vidadi Əmirxan oğlu təyinat alıb.

Qeyd edək ki, V.Əsədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin xalası oğludur/Manset.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA