Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri cəzalandırılıb

img

08-06-2021 [19:01]


Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının səlahiyyətli şəxsləri cəzalandırılıb.

TƏBİB-dən verilən məlumata görə, tibb ocağının baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.

"Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək", - - məlumatda qeyd olunub.

Xatırladaq ki, jurnalist Aynur Elgünəş bu xəstəxanada təhqir olunub.

Onun həmin xəstəxanada üzləşdiyi aşağılayıcı münasibətlə bağlı yazını buradan oxuya bilərsiniz:

https://mia.az/w1015815/suruculuk-vesiqesi-ve-ya-mingecevirden-gorunen-azerbaycan-2021-06-08-191229

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA