Bakıda yol çöküb

img

02-06-2021 [15:58]


Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinnin (AAYDA) aidiyyəti şöbəsi artıq məlumatlandırılıb.

Mia.az xəbər verir ki, bu barədə məlumatı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli paylaşıb.

Onun sözlərinə görə, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA