Xırdalanda qanunsuz tikinti... - PA rəhbərinə müraciət olundu
02-06-2021 [14:48]
Unikal Media Qrupun rəhbəri Asəf Rzayev Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət edib.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, media rəhbəri müraciətində bildirib ki, özünün də yaşadığı Abşeron rayon Xırdalan şəhər, Şıxəli Qurbanov küçəsi 38 ünvanında rayon icra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova Cəlilova Gülzar Hüseyn qızının adına fərdi evin tikintisi üçün eni 10, uzunluğu 12 metr olan yaşayış evinə sərəncam verib.
Amma həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi həyata keçirilir:
“Sakinlərin çoxsaylı şikayətlərinə baxmayaraq, Abşeron rayon İcra Hakimiyyəti və polis şöbəsi həmin qanunsuz tikilinin qarşısını almaqda çətinlik çəkir. Onu da nəzərinizə çatdırım ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Abşeron rayon İcra Hakimiyyətinə telefonoqram göndərilsə də, heç bir tədbir görülməyib. Xırdalan sakinlərinin haqlı narazılıqlarını nəzərə almağınızı və ərazidə baş verən qanunsuzluğun aradan qaldırılması üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Qeyd edim ki, Xırdalan şəhərində bu kimi qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdu.
Cənab Prezident İlham Əliyev media nümayəndələrini köməkçisi kimi gördüyünü və yerlərdə baş verən qanunsuzluqlar barədə ona məlumat verilməsini bəyan edib. Biz də hər zamankı kimi Prezidentin çağırışlarına əməl edərək, baş verən qanunsuzluqlar barədə məlumat veririk. Lakin görünən odur ki, bəzi məmurlar edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, hələ də qanusuz əməllərini davam etdirirlər. Xahiş edirəm ki, Siz Xırdalandakı bu qanunsuzluğu cənab Prezidentin diqqətinə çatdırılmasında bizə yardımçı olasınız”.
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdə-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR