87 yaşlı qadını tövləyə kim bağlayıb? - Azərbaycanda daha bir şok olay

img

02-06-2021 [12:08]


Sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılmasına dair yayılan video-görüntülərlə bağlı Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb.

Məlumata görə, həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.

Mia.az xəbər verir ki, həmin görüntülər əsasında qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılıb.

Qonşuların sözlərinə görə, ahıl qadın ər-arvad olan dayısı oğlu və xalası qızıyla yaşayıb. 1988-ci ildən İvanovka kəndində yaşayan Səkinə Həsənovaya son iki ildə kənd camaatı baxıb. Son iki ayda isə kənddə gözə dəyməməsini görən kənd sakinləri icra nümayəndəliyinə məlumat veriblər:

Ahıl qadının şiddət görməsi ilə bağlı paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb. Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar.

Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb.

O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

***

Gədəbəy Rayon Polis Şöbəsi ahıl qadının tövlədə bağlı vəziyyətdə saxlanılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Məlumata görə, araşdırmalarla həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayonunun İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olduğu müəyyən edilib.

Polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar edib.

Hazırda ahıl qadını bağlayan şəxs və ya şəxlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA