Nəsimi rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

img

02-06-2021 [11:47]


Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daim müvafiq işlər görülür.

Mia.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayon ərazisində yerləşən “KOALA  PARK” Uşaq İstirahət Əyləncə Mərkəzində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibəti ilə şəhid və qazi uşaqlarının  iştirakı ilə tədbir keçirilib.

Uşaqlar 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirləri ilə  süfrə ətrafında şerlər, mahnılar ifa edib, müxtəlif oyun elementlərindən istifadə edərək əyləniblər.

Tədbirin sonunda onlara müxtəlif hədiyyələr təqdim olunub.

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA