Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01-06-2021 [00:09]
Qoç - mühüm və önəmli işə başlamayın. Cari, rutin işlərlə kifayətlənin. Alış-veriş, sövdələşmələr üçün münasib zaman deyil. Pul itirmək ehtimalı gəlir əldə etmək şansından artıqdır. İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər.
Nüfuzlu insanlardan birinin sizdən narazı qaldığınızı gözlənilməz şəkildə anlayacaqsınız.
Gördüyünüz işdən asılı olmayraq detallara fikir verin, səliqəli olun. Diqqətsiz davransanız, ciddi problemlərlə qarşılaşacaqsınız. Sevdiyiniz insanın dəstəyinə ehtiyacınız var. Məhz onun sayəsində çətinlikləri dəf edə bilərsiniz.
Buğa - gün mahiyyət etibarilə rəvan və sakitdir. Amma yaşananlar sizi təmin etmir. Emosional fon stabil deyil. Kiçik məsələlərə görə əhvalınızı pozmayın. Davranışınızla özünüzə yeni problemlər yaratmayın.
Günün ikinci yarısında yeni əməkdaşlıqla bağlı razılaşma əldə etmək çətindir. Çoxdankı və etibarlı müttəfiqlərdən biri ilə münasibətlər pisləşə bilər.
Maliyyə məsələlərində ehtiyatlı olun. Riskli investisiyalara aldanmayın, alış-verişdə diqqətli davranın. Nə qədər qənaət etsəniz, bir o qədər yaxşıdır. Yeni biliklər və təcrübə əldə etmək üçün münasib gün deyil. İnformasiya pis əxz olunur, çox məqamlar unudulur.
Əkizlər - səhər saatlarında mürəkkəb, ağır və məsuliyyətli işə başlamayın. Sadə, yorucu olmayan işlə günə başlayın. Yalnız bundan sonra əhəmiyyətli, izafi diqqət tələb edən işlə məşğul olmaq məsləhətdir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla dil tapın. Maraqlı ideyalar nə qədər çox olarsa, yaranan problemləri çözmək bir o qədər asandır.
Münasibətlərdəki qarışıqlıq və mürəkkəbliyi aradan qaldıraraq bütün tərəfləri məmnun edəcək duruma can atın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.
Xərçəng - əlverişli və rahat gündür. Müsbət təmayüllərin təsiri artacaq. Başladığınız işlərdə uğurlara nail ola bilərsiniz. Bunun üçün inadkar və qətiyyətli olmaq yetər. Nüfuzlu insanla işgüzar danışıqlar üçün münasib gündür. Tərəfdaşlığın bütün şərtlərini müzakirə edin. Yalnız bundan sonra dürüst qərar qəbul edə bilərsiniz.
Günün ikinci yarısında yeni işdə qüvvənizi sınayın. Sağlamlıq və kosmetik prosedurlar effektiv olacaq. Yaxınlarınızla ünsiyyətdə həssas, qayğıkeş olun.
Axşam saatlarında tək qalmaq istəyəcəksiniz.
Şir - biznes və ya peşəkar fəaliyyət müstəvisində qərarlar qəbul etməyə tələsməyin. Sonradan çox ağır fəsadlara səbəb ola biləcək səhvlərə yol verə bilərsiniz. Yaxın gələcəklə bağlı planlara dəyişikliklər edin. Yaxın ətrafınızdakı insanlar baş verənlərə heyrətlənsələr də, yolunuzdan sapmayın.
Günün ikinci yarısında sərvaxt və ehtiyatlı olun.
Yaxınlarınızla dil tapmaq çətinləşir. Münaqişələr yaratmayın. Sərt və aqressiv davranmayın. Emosional fon stabilləşəndə sözlərinizə peşman ola bilərsiniz.
Qız - işlərə nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artır. Axşam saatlarına yaxın ciddi problemlər yarana bilər.
Bu səbəbdən də planların reallaşdırılmasını təxirə salmayın.
Günün ikinci yarısında bütün məsələləri müstəqil həll etməyə hazır olun. Tərəfdaş və ya qohumlardan biri ilə ciddi fikir ayrılığı yarana bilər.
Şəxsi münasibətlərdə problemlər yaranır. Həmin çətinliklər bütün diqqəti işlərə yönəltməyə imkan vermir. Maliyyə fonu əlverişsizdir. Xərcləri azaldın, bədxərclik etməyin.
Tərəzi - peşəkar fəaliyyət baxımından əlverişli gündür. İlk baxışdan çox çətin, hətta həlli mümkünsüz təsir bağışlayan problemlərin çözülməsində uğurlar əldə edə bilərsiniz. Anlaşma, sövdələşmə, uzunmüddətli əməkdaşlığı nəzərdə tutan razılaşma üçün pis gün deyil
Günün ikinci yarısında işgüzar və şəxsi münasibətləri bərpa etmək olar. Münaqişələrlə qarşıdurmaları unudaraq indiyədək yola getmədiyiniz insanlarla dil tapmaq olar.
Yeni tanışlıqlar istisna deyil. Birlikdə çalışdığınız insanlarda özünüzlə bağlı müsbət rəy yaratmağa çalışın. Yeni gəlir mənbələri tapa bilərsiniz. Maliyyə problemlərinin çözümünü ertələməyin.
Əqrəb - qərar qəbul edərkən tələskənliyə yol verməyin. İndi yaranmış situasiyanı dürüst qiymətləndirmək asan olmadığından yanlışlıq və səhv ehtimalı artır. Yaxın ətrafınızdakı insanlar sizə həvəslə məsləhətlər verirlər. Amma deyilənlərin hamısına qulaq asmayın.
Günün ikinci yarısında gərək bildiyiniz kimi davranaraq qərar verin.
Axşam saatları sakit istirahət, yorucu olmayan ev işləri, xoş insanlarla ünsiyyət üçün münasibdir. Gəzintiyə çıxın və bu minvalla başağrısı, yuxusuzluqdan qurtulun.
Oxatan - işgüzar danışıqlar, mühüm məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Həmfikirlər və müttəfiqləri asanlıqla tapa bilərsiniz. Mövqeləriniz səhih, arqumentləriniz inandırıcı olsun. Qarşı tərəfdə özünüzlə bağlı müsbət rəyin formalaşmasına çalışın.
Günün ikinci yarısında ideyalarınızdan birini reallaşdıraraq əhəmiyyətli gəlir əldə edə bilərsiniz.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Təşəbbüskar olun, rəqibləri üstələməyə çalışın. Sizi dəstəkləyəcəklər. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Təxəyyülünüzü işə salın.
Oğlaq - neytral gündür. Əvvəlcədən hazırladığınız plan üzrə işləyin. Yarımçıq işləri başa vurun. Əsas məsələləri ikinci dərəcəli məqamlardan ayırın. Diqqətinizi xırda, dəyərsiz təfərrüatlar məşğul etməsin. Məqsədə çatmaq üçün qətiyyətlə, inadla çalışın.
Günün ikinci yarısında əyləncə və istirahət istəklərini ertələyin. Yaxın ətrafınızdakı insanlar sizdən aktiv fəaliyyət, möhkəm iş tələb edirlər. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Dolça - ambisiyalarınızın bəzilərinin reallaşmasına imkan verən yaxşı gündür. Karyera müstəvisində irəliləmək imkanları var. Daha yüksək maaşa və yaxşı vəzifəyə layiq olduğunuza rəhbərliyi inandırın. Ya da gözləntilərinizə cavab verən yeni iş yeri tapa bilərsiniz.
Alış-verişdə "statuslu əşyalar" almaq olar.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Maraqlı tanışlıqlar istisna deyil.
Balıqlar - xırda məsələlərə görə narahat olmayın. Əlverişli və rahat gündür. Hərgah hansısa işlər əvvəlcədən müəyyənləşdirdiyiniz məcra üzrə getmirsə, təşvişə düşməyin. Problemləri həll etmək mümkündür. Yaşamınızda ciddi dəyişikliklər dövrü çatıb. Yeni iş yeri aramaq və ya məqsədlərə çatmaq üçün yeni planlar qurmaq olar.
Günün ikinci yarısında səhhətinizlə bağlı problemlər yarana bilər. Allergik reaksiyalar ehtimalı böyükdür. Adi günlərdən fərqli olaraq iylərə daha həssas olacaqsınız.
Axşam saatları sakit və xoş keçəcək.
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdə-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR